Kanada şəhərlərində azərbaycanlılarla görüş keçirilib
![Kanada şəhərlərində azərbaycanlılarla görüş keçirilib Kanada şəhərlərində azərbaycanlılarla görüş keçirilib](https://azvision.az/photos/2023/04/1681117090720813264_1000x669-1681117641.jpg)
Tədbiri giriş sözü ilə açan Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin təsisçisi Səbinə İsgəndərova və rəhbəri Ceyhun Nəcəfov başçılıq etdikləri təşkilatın fəaliyyəti və iştirak etdikləri tədbirlər barədə məlumat veriblər.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov tədbirdə çıxış edərək 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin təbliği məqsədilə Alberta əyalətində geniş məlumatlandırma kampaniyası apardıqlarına və aksiyalar təşkil etdiklərinə görə icma üzvlərinə minnətdarlığını bildirib.
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayında səsləndirdiyi tapşırıq və tövsiyələri xatırladan Komitə sədri xaricdə yaşayan soydaşlarımızın həmrəyliyinin təmin olunması, postmüharibə dövründə Azərbaycan həqiqətlərinin daha güclü və mütəşəkkkil şəkildə Kanada ictimaiyyətinə çatdırılması naminə xaricdəki Azərbaycan icmalarının birlik mexanizmləri haqqında məlumat verib.
Sonra komitənin fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədə geniş videohesabat, maarifləndirici videoçarxlar və Diaspor Marşı təqdim olunub.
Müzakirələr zamanı icma üzvləri Torontoda Azərbaycan Evinin fəaliyyətə başlamasını mühüm hadisə kimi qiymətləndiriblər. Soydaşlarımızın təşkilatlanması istiqamətində aparılan ardıcıl işlər, diaspor fəaliyyətinin milli-mənəvi dəyərlərimiz əsasında sistemli şəkildə həyata keçirilməsi, ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, qarşıya çıxan çətinliklər, bundan sonrakı mərhələdə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.
Komitə sədri soydaşlarımızın təkliflərini dinləyib və sualları cavablandırıb. Görüş “Azəri kalqari Ulduzları” rəqs qrupunun təqdimatında konsert proqramı ilə davam edib.
AzVision.az
Teqlər: