Pxenyan koreyalararası rabitə kanalına cavab vermir

Pxenyan koreyalararası rabitə kanalına cavab vermir
  10 Aprel 2023    Oxunub:1015
Cənubi Koreya dörd gündür ki, koreyalararası rabitə kanalı və hərbi “qaynar xətt” ilə KXDR-lə əlaqə saxlaya bilmir.
Cənubi Koreyanın Birləşmə Nazirliyinin məlumatına görə, KXDR cümə günü səhər saatlarından bu gün saat 9:00-a qədər telefon zənglərinə cavab verməyib.

Tərəflər adətən gündə iki dəfə - 9:00-da və 17:00-da telefon danışığı aparır. Şimali Koreyanın zənglərə cavab verməməsinin səbəbi məlum deyil. Lakin ehtimal olunur ki, Pxenyan Cənubi Koreya ilə ABŞ-ın müştərək hərbi təlimlərinə bu yolla etiraz bildirir.

2020-ci ilin iyununda KXDR hakimiyyəti bütün mövcud rabitə kanalları ilə Seulla əlaqələri kəsmiş və Keson məntəqəsində yerləşən koreyalararası rabitə ofisini partlatmışdı. İki dövlət arasında əlaqələr yalnız 2021-ci ilin iyul ayında bərpa olunmuşdu.

AzVision.az


Teqlər:





Xəbər lenti