İrəvan və Tehranın təhlükəsizlik şuraları nələri müzakirə edib?

İrəvan və Tehranın təhlükəsizlik şuraları nələri müzakirə edib?
  10 Aprel 2023    Oxunub:1074
Xəbər verdiyimiz kimi Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrana səfər edib.
Onun bölgədə gərginliyin artması fonunda Tehrana hansı səbəbdən getdiyi açıqlanmırdı. Bu gün isə Qriqoryan Facebook səhifəsində səfərinin məqsədi ilə bağlı paylaşım edib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi İranda danışıqlar aparacaq
"Regiondakı təhlükəsizlik vəziyyəti Ermənistanın Təhlükəsizlik Şurasının katibi və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi arasında müzakirə edilib", - o yazıb.

Qriqoryan qeyd edib ki, o, Əli Şamxani ilə şam yeməyi də yeyib. Həmsöhbətlər Ermənistan-İran ikitərəfli münasibətlərinin gündəliyinə və inkişaf perspektivlərinə də toxunublar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   İran  





Xəbər lenti