Tbilisinin mərkəzində etiraz mitinqi keçirilir

  Tbilisinin mərkəzində etiraz mitinqi keçirilir
  09 Aprel 2023    Oxunub:1282
Gürcüstanın müxalif “Vahid Milli Hərəkat” partiyasının təşkilatçılığı ilə “Avropada birlikdə” şüarı altında Tbilisinin Rustaveli prospektində parlament binası qarşısında aksiya keçirilir.
Rustaveli prospekti bağlanıb. Gürcüstan və Avropa İttifaqının bayraqları iştirakçıların əlindədir.

Aksiya başlamazdan əvvəl Milli Hərəkatın gənclər qanadının nümayəndələri metronun Rustaveli stansiyasının yaxınlığında toplaşaraq parlament binasına doğru yürüş ediblər.

Aksiyanın təşkilatçıları hökumətdən Avropa Komissiyasının 12 tövsiyəsinin yerinə yetirilməsini, Mtavari telekanalının baş direktoru Nika Qvaramiyanın və Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin , eləcə də 7-9 mart aksiyalarının iştirakçısı Lazar Qriqoriadisin azadlığa buraxılmasını tələb edirlər.

“Nə qədər ki, ölkəmizin Avropa gələcəyi təhlükədədir və ölkəmizin Avropa gələcəyi bu gün həqiqətən təhlükədədir, o vaxta qədər aksiyalar olacaq. Hər şeyi edəcəyik ki, bu ölkənin Avropa gələcəyi təmin edilsin”, -deputat, Vahid Milli Hərəkatın üzvü Ani Tsitlidze bildirib.

Aksiyanın əvvəlində səhnədən Gürcüstan, Ukrayna və Avropa İttifaqının himnləri səsləndirilib. Aksiya iştirakçıları toplaşmağa davam edir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti