XİN rəhbərlərinin görüşü təxirə salındı

   XİN rəhbərlərinin görüşü təxirə salındı
  09 Aprel 2023    Oxunub:1144
İran, Suriya, Rusiya və Türkiyə xarici işlər nazirlərinin dördtərəfli görüşü may ayına təxirə salınıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Suriyadakı səfiri Aleksandr Yefimov bildirib.

Yefimovun sözlərinə görə, bu formatda müsbət nəticələrin əldə olunması üçün əlaqələr və məsləhətləşmələr davam edir. O bildirib ki, Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşmasına danışıqların bir raundu ilə nail olmaq mümkün deyil.
Qeyd edək ki, iclas sabah, aprelin 10-da baş tutmalı idi.

AzVision.az


Teqlər:





Xəbər lenti