Ərdoğan və İsrail prezidenti telefonla danışıblar

 Ərdoğan və İsrail prezidenti telefonla danışıblar
  08 Aprel 2023    Oxunub:1189
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail Prezidenti İsaak Hersoqla telefon danışığı aparıb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı Ərdoğan İsrail təhlükəsizlik qüvvələrinin əl-Əqsa məscidinə hücumuna, Qəzza və Livana yayılan gərginliyin artmasına imkan verilməməsi lazım olduğunu bildirib.

Türkiyə lideri, problemin həlli yolunda ədalətli və davamlı sülhün bərqərar olması istiqamətində addım atmaq üçün üzərinə düşəni etməyə hazır olduğunu da vurğulayıb.

AzVision.az



Teqlər: Türkiyə   İsrail  





Xəbər lenti