Burkina Fasoda yaraqlılar 44 dinc sakini öldürüb

Burkina Fasoda yaraqlılar 44 dinc sakini öldürüb
  08 Aprel 2023    Oxunub:975
Burkina-Fasonun şimalında silahlılar gün ərzində azı 44 dinc sakini öldürüblər.
AzVision.az xəbər verir ki, bu barədə "Reuters" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Silahlılar Kuraku və Tondobi kəndlərinə hücum edib. Hücuma görə kimin məsuliyyət daşıdığı barədə dəqiq məlumat yoxdur.

Burkina Faso son illərdə Qərbi Afrikadakı radikal qrupların terror fəaliyyətinin episentrinə çevrilib.

AzVision.az



Teqlər: Burkino-Faso   Qətllər  





Xəbər lenti