Ermənistan parlamentinin sədri Sankt-Peterburqa gedir

Ermənistan parlamentinin sədri Sankt-Peterburqa gedir
  08 Aprel 2023    Oxunub:1080
Ermənistan parlamentinin sədri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Sankt-Peterburqa səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” yazıb.

Bildirilib ki, Ermənistan parlamentariləri MDB Parlamentlərarası Assambleyasının daimi komissiyalarının aprelin 12-15-də keçirilməsi nəzərdə tutulan iclasında iştirak edəcəklər.

Ermənistandan yola düşəcək nümayəndə heyətində Simonyandan əlavə 11 nəfər olacaq, o cümlədən vitse-spiker Ruben Rubinyan da heyətdə yer alacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti