"Ukrayna ordusunda mərmi çatışmır" - "Washington Post"

   "Ukrayna ordusunda mərmi çatışmır" -    "Washington Post"
  08 Aprel 2023    Oxunub:1317
Ukrayna Silahlı Qüvvələrində köhnə sovet çaplı mərmilərin çatışmır və sursata qənaət etməyə məcburdurlar. Düşmən də sursat çatışmazlığını görüb.
AzVision.az xəbər verir ki, bu barədə "Washington Post"a adının açıqlanmasını istəməyən Ukrayna hərbi rəsmisi deyib. O bildirib ki, hətta çatışmazlıq olsa belə, Ukrayna Silahlı Qüvvələri gündə təxminən 7700, yəni hər altı saniyədə bir atəş açır.

Məqalədə deyilir ki, Rusiya daha çox - bəzi hesablamalara görə, üç dəfə çox atəş açır.

Düşmənlə ayaqlaşa bilmək və eyni zamanda sursata qənaət etmək üçün Ukrayna hərbçiləri indi hədəf seçimində daha seçici davranır, çox vaxt kiçik piyada qruplarındansa, hərbi texnikalara üstünlük verirlər. Dəqiqlik əsasdır, çünki buraxılmış atışlar boşa çıxan mərmilər deməkdir.

AzVision.az


Teqlər:





Xəbər lenti