Ukraynalı nazir müavini yardımla bağlı Hindistana gedir

Ukraynalı nazir müavini yardımla bağlı Hindistana gedir
  08 Aprel 2023    Oxunub:1072
Ukrayna xarici işlər nazirinin birinci müavini Əminə Caparova aprelin 9-da Hindistana rəsmi səfərə gedəcək.
Bu barədə Reuters xəbər verir. O, dörd günlük səfər çərçivəsində Nyu-Dehli ilə humanitar yardım, enerji və infrastrukturun təmiri üçün avadanlıqların tədarükü ilə bağlı danışıqlar aparacaq.

Qeyd edək ki, Kiyev Hindistana müraciət edərək, xüsusən də əczaçılıq məhsulları və tibbi avadanlıqlar istəyib. Bundan əlavə, Caparovanın Nyu Dehlini Rusiyaya sülh üçün güclü siqnal göndərməyə çağıracağı gözlənilir.

Eyni zamanda səfər zamanı qadın diplomat Hindistanın yüksək rütbəli rəsmiləri ilə Ukrayna lideri Volodimir Zelenskinin sülh düsturunu müzakirə edəc, həmçinin baş nazir Narendra Modini Kiyevə dəvət edəcək.


AzVision.az



Teqlər:





Xəbər lenti