Səfiri öldürən altı konqoluya ömürlük həbs cəzası verilib
![Səfiri öldürən altı konqoluya ömürlük həbs cəzası verilib
Səfiri öldürən altı konqoluya ömürlük həbs cəzası verilib](https://azvision.az/photos/2023/04/1680928486.jpg)
İtaliya səfiri Luka Attanasio, mühafizəçi Vittorio Yacavacci və onların sürücüsü Mustafa Milambo 22 fevral 2021-ci ildə Konqoda öldürülüb.
Altı silahlı şəxs yolda iki avtomobilin qarşısını kəsib, Milambonu öldürüb və altı sərnişini qaçırıb. Sonradan Konqonun ordusu cinayətkarı təqib ediblər. Tərəflər arasında atışma başlayıb və bu zaman qaçıranlar iki italyanı güllələyiblər.
Qeyd olunub ki, ömürlük məhbuslardan beşi artıq həbsdədir, biri isə qiyabi mühakimə olunub.
AzVision.az
Teqlər: Səfir