Polşada II İohann Pavelin abidələri təhqir olundu

Polşada II İohann Pavelin abidələri təhqir olundu
  07 Aprel 2023    Oxunub:1021
Polşanın iki şəhərində, Lodz və Stalyovoy-Voledə polşalı Papa II İohann Pavelin abidələrini təhqir ediblər.
“Polis əməkdaşları Lodzdakı arxedral bazilikasının qarşısında olan II İohann Pavelin abidəsinin üzərinə qırmızı boya tökməkdə şübhəli bilinən şəxsi saxlayıblar”, - Polşa mediası yazıb. Abidədə həmçinin latın dilindən “ən böyük şərab” mənasını verən “maxima culpa” yazısı olub.

Bundan öncə isə Stalyovoy-Voledə papanın abidəsi boya ilə təhqir olunmuşdu. Lakin oradakı polis günahkarı tapa bilməyib.

Müstəntiqlərin fikrincə, bu hadisələr bu yaxınlarda yerli televiziyada katolik kilsəsindəki ABŞ-ın pedofiliya haqqında olan sənədli filminin nümayişi nəticəsində baş verib. Filmin müəllifləri açıq şəkildə eyham vurublar ki, II İohann Pavel Krakov arxiyepiskopu olanda belə hallardan xəbəri olub və onları ört-basdır edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Papa   Polşa  





Xəbər lenti