"Bakı ilə İrəvan arasında sazişin imzalanmasını istəyirik" - Çavuşoğlu

   "Bakı ilə İrəvan arasında sazişin imzalanmasını istəyirik"  - Çavuşoğlu
  07 Aprel 2023    Oxunub:1142
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında Rusiya-Ukrayna müharibəsi, Suriya ilə normallaşma prosesi və Taxıl Dəhlizi razılaşmasının davamlılığı ilə bağlı mühüm mesajlar verib.
AzVision.az xəbər verir ki, Çavuşoğlu Taxıl dəhlizi ilə bağlı danışıqların nəticə verdiyini qeyd edib.

"Bu, təkcə Ukrayna və Rusiyanın taxıl və gübrə ixracı üçün vacib deyil. Dünya ərzaq böhranı dünyada hər bir ailənin yaşadığı problemin azaldılması baxımından əhəmiyyətlidir".

Çavuşoğlu Azərbaycan və Ermənistan arasında hərtərəfli sazişin tezliklə imzalanmasını da dilə gətirdiyini qeyd edib. O bildirib ki, Rusiya ilə məsləhətləşmələr davam etdiriləcək.

"Biz enerji sahəsində əməkdaşlıq məsələlərini də müzakirə etdik. Digər tərəfdən, turizm əməkdaşlığımızın mühüm mövzusudur. Rusiyadan daha çox turistin gələcəyini gözləyirik. Bizim məşğul gündəmimiz var. Ona görə də daimi əlaqə saxlayırıq", Çavuşoğlu əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti