BMT: İsrail və Livan müharibə istəmir

      BMT:    İsrail və Livan müharibə istəmir
  07 Aprel 2023    Oxunub:975
BMT-nin Livanın cənubundakı sülhməramlı missiyası (UNIFIL) İsrail və Livanın müharibə istəmədiyini bildirib.
Bu barədə AzVision.az bölmənin rəsmi açıqlamasına istinadən xəbər verir. “Bizim kommunikasiya və koordinasiya mexanizmlərimiz tam işləyir. Hər iki tərəf müharibə istəmədiklərini söylədi”, - BMT-nin bəyanatında deyilir. Qeyd olunub ki, missiyanın rəhbəri general-mayor Aroldo Lazaro iki ölkənin missiyaları ilə danışıqlar aparıb.

Qeyd edək ki, İsrailin şimalı Livandan raket hücumlarına məruz qalıb. İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti Twitter hesabında ölkənin şimalında hava hücumu xəbərdarlığının səsləndiyini təsdiqləyib.

Raketlərdən biri İsrailin hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib. Eyni zamanda Qəzza zolağına da zərbələr endirilir. Xüsusəndə HƏMAS radikal hərəkatı İsrail ərazisinə raket zərbələri endirməyə çalışır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti