Qardaşının ruhunu sakitləşdirmək üçün qadını qurban kəsdi

  Qardaşının ruhunu sakitləşdirmək üçün  qadını qurban kəsdi
  07 Aprel 2023    Oxunub:1034
Hindistanda 2019-cu ildə insan qurban kəsən beş kişi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
"Hindustan Times" yazıb ki, onlar qadınların başını kəsməkdə ittiham olunurlar. 64 yaşlı Şanti Şo Assam ştatının Quvahati şəhərindəki Kamahya məbədi yaxınlığında başı kəsilərək öldürülüb. Bu ziyarətgah tantrizmi tətbiq edən möminlərin əsas ziyarətgahlarından biri hesab olunur. Dörd ilə yaxındır ki, mərhumun cəsədi müəyyən edilmədiyindən bu işin üstünü açmaq mümkün olmayıb.

Mütəxəssislər artıq qadının kimliyini müəyyən edə biliblər. İstintaqın məlumatına görə, o, Madhya Pradeşdən olan 52 yaşlı Pradip Pathakın başçılıq etdiyi beş nəfərdən ibarət qrup tərəfindən öldürülüb.

Polisin dediyinə görə, kişi mərhum qardaşı, asket yoginin ruhuna dinclik vermək üçün Şonu qurban kəsiblər. Hadisəni törədənin qohumu 11 il əvvəl dünyasını dəyişib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti