İsrail ordusu Qəzza zolağı və Livana yenidən zərbələr endirib - VİDEO
![İsrail ordusu Qəzza zolağı və Livana yenidən zərbələr endirib - VİDEO İsrail ordusu Qəzza zolağı və Livana yenidən zərbələr endirib - VİDEO](https://azvision.az/photos/2023/04/1680852594.jpg)
İsrail Müdafiə Ordusu bildirib ki, Qəzza zolağına hava zərbələrinin endirilməsi HƏMAS-ın raket hücumlarından sonra reallaşıb.
“Bir müddət əvvəl ÇAXAL döyüş təyyarələri HƏMAS terror təşkilatının Qəzza zolağındakı obyektlərinə, o cümlədən yeraltı silah istehsalı kompleksi olan şaxtalara, üç silah istehsalı obyektinə və terrorçuların tunelinə zərbələr endirib”, - qurumdan verilən məlumatda yazılıb.
Tural Tağıyev
AzVision.az