Baxmutda Şuşa döyüşlərinin oxşarı yaşanıb - VİDEO

   Baxmutda Şuşa döyüşlərinin oxşarı yaşanıb    - VİDEO
  06 Aprel 2023    Oxunub:966
Ukraynalı sərhədçilər Baxmutda (Donetsk vilayəti-red.) yaxın məsafəli döyüşləri, hərbçilərin mühasirədən necə çıxmasını və rusların məhv edilməsini əks etdirən görüntülər yayıblar.
AzVision.az xəbər verir ki, gərgin döyüşdən olan qısa fraqment Ukrayna Dövlət Sərhəd Xidməti tərəfindən Telegram-da yayımlanıb. Videoda danışan əsgərlərdən biri deyib ki, onlar aprelin 1-də dördlü şəkildə döyüş mövqeyinə gediblər. Həmişəki kimi günortadan sonra minaatanlardan intensiv hücum başlayıb.

Ukraynada dəhşətli səngər döyüşləri - VİDEO
Eyni zamanda o qeyd edib ki, Baxmutda sıx şəkildə tikilmiş evlərin olduğu və düşmənlə çox qısa məsafəli mövqe var. Burada ruslar gecə saatlarında qonşu evlərə doluşublar: "Əslində bizi mühasirəyə almışdılar. Səhər isə ağır döyüş başladı. Düşmənə bir neçə qumbara atmaq üçün damın üstünə çıxmaq qərarına gəldim", - "Arxitektor" ləqəbli döyüşçü qeyd edib.

Onun sözlərinə görə, düşmənlərdən biri ukraynalı sərhədçilərin olduğu evə girə bilib. O, birinci mərtəbədə mövqelənmiş ukraynalı əsgərlər tərəfindən məhv edilib. Lakin rus döyüşçü bir neçə qumbara atmağa müvəffəq olub. Nəticədə ev alovlanıb. "Arxitektor" qeyd edib ki, əsgərlər damdan çıxmalı olublar.

"Döyüşçülər mühasirəyə alınmış binadan uzaqlaşmağa, həmçinin işğalçıları məhv etməyə müvəffəq olublar", - Ukrayna Dövlət Sərhəd Xidmətinin döyüşlə bağlı məlumatında yazılıb.

Bəzi yerli hərbi ekspertlər Baxmutdaşı məhəllə döyüşlərini Azərbaycan Ordusunun Şuşada reallaşdırdıyı üzbəzüz atışmalarla müqayisə ediblər. Sosial şəbəkələrdə yayılan görüntülər həm də daha çox "şəhər döyüşləri ən ağır və çətin əməliyyatlardır" başlığı ilə paylaşılıb.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Döyüş   Baxmut  





Xəbər lenti