Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri yenidən bərpa edir

   Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri yenidən bərpa edir
  06 Aprel 2023    Oxunub:1011
Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Pekində iranlı həmkarı Məhəmməd Əmir Abdullahyanla görüşündə ölkələr arasında diplomatik münasibətləri bərpa etmək niyyətini təsdiqləyib.
AzVision.az xəbər verir ki, bu barədə “Əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Xarici işlər nazirliklərinin rəhbərləri iki ölkənin səfirliklərinin açılmasına hazırlıq işlərinə başlamaq və “şəxsi nümayəndə heyətlərinin rəsmi səfərlərini bərpa etmək” barədə razılığa gəliblər. Eyni zamanda iki ölkə arasında uçuşların bərpa edilməsi də qeyd edilib.

Qeyd edək ki, münasibətlərin kəsilməsindən 10 il sonra Suriya və Səudiyyə Ərəbistanı səfirlik açmaq barədə razılığa gəliblər. Dövlətlər müsəlmanların Fitr bayramından (21-22 aprel 2023-cü il) sonra diplomatik nümayəndəliklərini yenidən açmağı planlaşdırır.

AzVision.az


Teqlər:





Xəbər lenti