Polşa Ukraynaya 4 MiQ-29 qırıcısı verib

 Polşa Ukraynaya 4  MiQ-29 qırıcısı verib
  05 Aprel 2023    Oxunub:818
Polşa Ukrayna Silahlı Qüvvələrinə 4 MiQ-29 qırıcısını təhvil verib. Bunu çərşənbə günü Polşa prezidenti Anjey Duda ukraynalı həmkarı Vladimir Zelenski ilə Varşavada keçirdiyi birgə mətbuat konfransında deyib.
"Son aylarda anbarda olan 4 MiQ-29 Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib", - Reuters onun sözlərindən sitat gətirib. Dudanın sözlərinə görə, daha dörd qırıcının transferi prosesi gedir.

“Biz gələcəkdə daha altı təyyarə təhvil verməyə hazırıq, indi hazırlanır”, - Duda əlavə edib. Polşa prezidenti hesab edir ki, döyüş təyyarələrinin növbəti partiyası yaxın vaxtlarda Kiyevə verilə bilər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti