Ermənistanda alkoqoldan kütləvi zəhərlənmə: 11 nəfər öldü

Ermənistanda alkoqoldan kütləvi zəhərlənmə:  11 nəfər öldü
  01 Sentyabr 2020    Oxunub:3065
Ermənistanda alkoqoldan zəhərlənmə nəticəsində 11 nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, avqustun 31-i və sentyabrın 1-də İrəvanda, eləcə də Armavirdəki tibb mərkəzlərinə 15 nəfər müraciət edib, onlar xəstəxanaya yerləşdiriliblər.

Həmin şəxslərə alkoqoldan zəhərlənmə diaqnozu qoyulub. Nəticədə 11 nəfər ölüb, digərlərinin vəziyyəti ağırdır. Onlar hazırda reanimasiyadadırlar.

Faktla bağlı cinayət işi açılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Zəhərlənmə  





Xəbər lenti