Putin Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib

   Putin Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib
  14 May 2024    Oxunub:1331
Rusiya Prezidenti Vladimir Putin yeni hökumətin Baş nazirinin müavinləri və nazirlərinin təyinatı haqqında fərman imzalayıb.
AzVision.az xəbər verir ki, bu barədə Kremlin saytında məlumat yayımlanıb.

Belə ki, dünən Duma ona irəli sürülən Baş nazirin 10 müavininin: Aleksandr Novak, Tatyana Qolikova, Marat Xusnullin, Dmitri Qriqorenko, Dmitri Patruşev, Aleksey Overçuk, Yuri Trutnev, Vitali Savelyev, Denis Manturov və Dmitri Çenşenkonun namizədliyini təsdiqləyib.

Bu gün isə parlamentin aşağı palatası Rusiya Federasiyasının nazirləri vəzifəsinə 16 namizədi təsdiqləyib: Anton Kotyakov (Əmək Nazirliyi), Aleksandr Kozlov (Təbii Sərvətlər Nazirliyi), Sergey Kravtsov (Maarif Nazirliyi), Olqa Lyubimova (Mədəniyyət Nazirliyi), Maksim Reşetnikov (İqtisadi İnkişaf Nazirliyi), Anton Siluanov (Maliyyə Nazirliyi), Mixail Muraşko (Səhiyyə Nazirliyi), İrek Fayzullin (Tikinti Nazirliyi), Valeri Falkov (Təhsil və Elm Nazirliyi), Aleksey Çekunkov (Şərq İnkişaf Nazirliyi) və Maksut Şadayevin (Rəqəmsal İnkişaf Nazirliyi) öz vəzifələrində saxlanılmaları təklifi irəli sürülüb. Nəqliyyat naziri vəzifəsinə Roman Starovoyt, sənaye və ticarət naziri - Anton Əlixanov, energetika naziri - Sergey Tsivilev, kənd təsərrüfatı naziri - Oksana Lut, idman naziri vəzifəsinə isə Mixail Deqtyarev irəli sürülüb.

Hüquq-mühafizə orqanları və kəşfiyyat xidmətlərinin rəhbər vəzifələrinə Putinin təklifi ilə: Vladimir Kolokoltsev daxili işlər naziri, Aleksandr Kurenkov fövqəladə hallar naziri, Sergey Lavrov xarici işlər naziri, Konstantin Çuyçenko ədliyyə naziri kimi təsdiqlənib. Müdafiə naziri postuna isə əvvəllər Rusiyanın Baş nazirinin birinci müavini kimi çalışmış Andrey Belousov gətirilib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   Nazirlər-Kabineti   fərman  





Xəbər lenti