Kann festivalına görə həbs cəzası verilən rejissor İrandan qaçdı

   Kann festivalına görə həbs cəzası verilən rejissor İrandan qaçdı
  14 May 2024    Oxunub:761
İranda səkkiz il müddətinə azadlıqdan məhrum edilən məşhur kinorejissor Məhəmməd Rəsulof gizli şəkildə İranı tərk edərək Avropaya gedib.
“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə o özünün “Instagram” hesabında paylaşım edib və ölkədən çıxmasına kömək edənlərə təşəkkürünü bildirib. O, Avropanın hansı ölkəsində olduğunu açıqlamayıb.

Rejissor bildirib ki, bundan sonra İranın coğrafi sərhədlərində olmasa belə, İranın mədəni sakini olaraq qalır.

Xatırladaq ki, mayın 8-də İran məhkəməsi kinorejissor Məhəmməd Rəsulofu 8 il həbs, cərimə və əmlakı müsadirə ilə cəzalandırıb. Bu, Rəsulofun “Müqəddəs Əncirin Toxumu” (2024) filmi Kann Film Festivalı üçün seçildikdən sonra baş verib.



AzVision.az



Teqlər:





Xəbər lenti