"Polis görüntüləri mənə vermir" - Aytən Səfərova qəzadan danışdı
"Qəza hamının başına gələ bilər. Kim istəyər ki, qəzaya düşsün. Şükür Allaha, salamatam. Qəzada rəhmətə gedən Ayxanın məkanı cənnət olsun. Allah anansına, atasına səbr versin.
Bir çoxları yazır ki, Aytən məşhurdur deyə kadrlar gizlədilir, məsələ ört-basdır ediləcək. Elə deyil. Mənim günahım yoxdur. İlk gündən necə demişəmsə kadrlarda da odur.
Mən o kadrları ilk gündən əldə edə bilmirəm. Mənə verilmir. Xətai rayon polis idrəsi deyir istintaq siridir".
Xatırladaq ki, Aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Səfərovanın idarə etdiyi avtomobil toqquşub.
Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində ölüb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: