Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında müqavilə imzalanıb

Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında müqavilə imzalanıb
  17 Yanvar 2025    Oxunub:317
Rusiya və İran arasında yüksək səviyyədə danışıqlardan sonra prezidentlər Vladimir Putin və Məsud Pezeşkian iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında müqavilə imzalayıblar.
AzVision.az xəbər verir ki, daha sonra keçirilən mətbuat konfransında Prezident Vladimir Putin xarici siyasətin əksər məsələləri üzrə Rusiya və İranın mövqelərinin üst-üstə düşdüyünü qeyd edib. O, Rusiya və İran arasında yeni sazişin qarşısına iddialı məqsədlər qoyulduğunu vurğulayıb, “bu, iki ölkənin və bütün regionun sabit inkişafı üçün sıçrayışlı sənəddir”.

“Bizim ikitərəfli münasibətlərimiz bərabərlik, hörmət və qarşılıqlı yardım prinsipləri üzərində qurulur”, - deyə Rusiya lideri bildirib.

Putinin sözlərinə görə, Rusiya Suriyada hərtərəfli nizamlanmaya sadiqdir və Suriya xalqına dəstəyini davam etdirməyə hazırdır. O, Fələstin probleminin də tam həlli üçün səyləri davam etdirməyə çağırıb.


Teqlər:





Xəbər lenti