Azərbaycan klubu azarkeşlərdən qara görə kömək istədi

"Zaqatala" komandanın azarkeşlərini qarı təmizləmək üçün köməyə çağırıb:
"Əziz azarkeşlərimiz Zaqatalaya yağan güclü qar səbəb ilə Zaqatala şəhər stadionunun qazonu qarla örtülmüşdür. Bu səbəbdən komandamız məşqləri bərpa edə bilmir. Bu gün saat 13:30 -dan etibarən klubumuzun üzvləri qarın təmizlənməsinə başlayacaq. Sizdən xahişimiz bizə dəstək olmağınız və bu çətin prosedurda bizə köməklik etməyinizdir.
Yardıma gələcək hər kəsdən təmizlik avadanlıqlarını özü ilə bərabər gətirməyi xahiş olunur".
AzVision.az
Teqlər: Qar