Çində 24 milyon dollar rüşvət alan bankir ölüm cəzasına məhkum edilib

Can Honqli istintaqın gedişində cinayətini etiraf edib, habelə istintaqa məlum olmayan rüşvət faktlarını könüllü açıqlayıb. O, cinayət yolu ilə əldə etdiyi qazancı geri qaytarıb. Məhkəmə sabiq bankirin şəxsi əmlakının müsadirə olunmasına da qərar verib.
Qeyd edək ki, bankın sabiq vitse-prezidenti haqqında araşdırma 2023-cü ilin noyabrında başlayıb. Çin Kommunist Partiyası sıralarından xaric edilən sabiq bankirə qarşı ötən ilin yanvarında prokurorluq rəsmi ittiham irəli sürüb.
AzVision.az
Teqlər: