Quba Soyqırımı Memorial Kompleksi ziyarət edilir

Ziyarətçilərə kompleksin bələdçiləri tərəfindən Azərbaycan, ingilis, rus və ərəb dillərində soyqırımı haqqında informasiyalar verilir.
Qeyd edək ki, kompleks fəaliyyətə başladığı 2013-cü ildən indiyə kimi ümumilikdə 1,2 milyondan çox ziyarətçi qəbul edib.
Ziyarətdə iştirak edən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva yaxın müddətdə kompleksdə təmir işlərinə başlanılacağını bildirib. O qeyd edib ki, güclü yağışlar nəticəsində kompleksin dam örtüyü yararsız vəziyyətə düşüb: “1 ilə yaxındır bu məsələ ilə bağlı işlərə başlanılıb. Smeta layihəsi hazırlanıb. Memorial Kompleks xüsusi materiallardan inşa edildiyindən hazırda həmin materialların satınalınması prossesi gedir. Yaxın zamanda təmirə başlanılacaq”.
AzVision.az