Tramp: “Çox böyük problemlər olacaq”

      Tramp:    “Çox böyük problemlər olacaq”
  31 Mart 2025    Oxunub:878
ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskinin nadir torpaq minerallarının hasilatı ilə bağlı sazişdən çıxmaq istədiyini bildirib.
AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Trampın dediyinə görə, razılşamadan çıxacağı halda Volodimir Zelenskiyə böyük problemlər vəd edib.

“O, nadir torpaq mineralları üzrə sazişdən çıxmağa çalışır və əgər çıxsa, problem, böyük, böyük bəlalarla üzləşəcək”, - ABŞ prezidenti ukryanalı həmkarını hədələyib.

Bundan başqa, Tramp Zelenskinin alyansa qoşulmaq istəyinə baxmayaraq, Ukraynanın heç vaxt NATO-ya üzv olmayacağını bir daha deyib: “O, NATO-nun üzvü olmaq istəyir, lakin heç vaxt NATO-nun üzvü olmayacaq. O, bunu başa düşür”

Keçən həftə KİV-lər Vaşinqtonun Kiyevə təqdim etdiyi yenilənmiş saziş layihəsinin təhlükəsizlik zəmanəti olmadan Ukraynadakı bütün faydalı qazıntı yataqlarına ABŞ-nin demək olar ki, tam nəzarətini nəzərdə tutduğunu bildirmişdi.

Martın 28-də Volodimir Zelenski həmin gün Kiyevin ABŞ-dən yeraltı sərvətlər barədə müqaviləsi layihəsini rəsmən aldığını bildirib. Bununla belə, həmin sənəddə tərəflərin əvvəllər rədd etdikləri məqamlar yer alıb: “Bu, tamamilə fərqli bir sənəddir, müzakirə olunmayan çox şey var, həmçinin tərəflərin əvvəllər rədd etdiyi bəzi şeylər ortaya çıxıb”.

Zelenski vəkillərdən konkret rəy almaq istədiyini bildirib. Onlar sənədi öyrənməli və belə bir əməliyyatın bütün versiyalarını müqayisə etməli olacaqlar. Ukrayna prezidenti açıq şəkildə bəyan edib ki, sövdələşmədəki bəzi təkliflər aradan qaldırılacaq və qanunvericilik təhlükəsi olmayacağ halda onu qiymətləndirəcək.

- Martın 28-də Ukrayna rəsmiləri ilə ABŞ nümayəndələri arasında video danışıq zamanı amerikalılar Kiyevin faydalı qazıntılar üzrə saziş layihəsi ilə bağlı narahatlığına heç bir etiraz bildirməyiblər”, - öz növbəsində “Bloomberg” agentliyi vurğulayıb.

Böyük sazişin mətnində Ukraynanın 2022-ci ildə Rusiyanın işğalından sonra aldığı bütün dəstəyin - büdcə, hərbi və humanitar yardımların dəyərini ABŞ-yə kompensasiya etməyi öhdəsinə götürdüyü ehtiva olunur. Lakin Zelenski bildirib ki, Ukrayna ABŞ-nin son illərdə göstərdiyi yardımı yeraltı sərvətlər üzrə sazişin bir hissəsi qismində borc kimi tanımağa hazır deyil.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Tramp   Zelenski   təhdid  





Xəbər lenti