İsrail Beyrutu bombalayıb - VİDEO

   İsrail Beyrutu bombalayıb -    VİDEO
  01 Aprel 2025    Oxunub:845
İsrail Hərbi Hava Qüvvələri Livanın paytaxtı Beyrut şəhərinin cənubuna aviazərbə endirib.
İsrail Ordusu ilə daxili təhlükəsizlik xidməti "Şin-Bet"in birgə məlumatına görə, aviazərbənin həyata keçirilməsində məqsəd bu ölkədə fəaliyyət göstərən iranyönümlü "Hizbullah" qruplaşmasının rəhbər şəxslərindən birini zərərləşdirmək idi. Bildirilir ki, həmin terrorçu "son vaxtlar Fələstinin HƏMAS təşkilatı ilə əməkdaşlıq apararaq İsrailn mülki əhalisinə qarşı terror hücumu planlaşdırırdı".

Livan Səhiyyə Nazirliyi diqqətə çatdırır ki, yaşayış binasına tuşlanan aviazərbə nəticəsində 3 nəfər həyatını itirib, yeddi nəfər xəsarət alıb. Bu, İsrail Hərbi Hava Qüvvələrinin Beyruta noyabrdan bəri ilk hücumudur.

Livan Prezidenti Cozef Aun hücumu pislədiyi barədə bəyanat yayıb, beynəlxalq müttəfiqləri ölkənin suverenlik hüququnu dəstəkləməyə çağırıb.
İsrail Ordusu Livandakı 5 əsas nöqtədən çəkilməyəcək

Xatırladaq ki, ötən il noyabrın 27-də imzalanan atəşkəs sazişi nəticəsində İsrail və Livanın "Hizbullah" qruplaşması arasında ikiaylıq müharibə başa çatıb. (Müharibə dövründə İsrail "Hizbullah"ın ali rəhbərlərini, o cümlədən təşkilatın lideri Həsən Nəsrullahı aradan qaldırıb). Həmin vaxtdan indiyədək irili-xırdalı sərhədyanı toqquşmalar meydana gəlib. Sazişin şərtlərinə əsasən, İsrail Silahlı Qüvvələrinin bu ölkədən çıxması üçün 60 günlük möhlət verilib. Halbuki bu müddətin yanvarın 26-da qurtarması fonunda İsrail qruplaşmanın yenidən güc toplanmasından ehtiyatlanaraq, daha 30 gün vaxt istəyib. Möhlətin fevralın 18-də qurtarması nəticəsində İsrail qoşunları Livanın cənubundan qismən çəkilib.


Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Livan   Hizbullah   münaqişə  





Xəbər lenti