NATO genişmiqyaslı təlimlər keçirir

   NATO genişmiqyaslı təlimlər keçirir
  31 Mart 2025    Oxunub:861
Şimali Atlantika Alyansına üzv olan ölkələr martın 31-də “Ramstein Flag 2025” genişmiqyaslı hərbi-hava təlimlərinə başlayıblar.
AzVision.az Alyansın yaydığı məlumata istinadən xəbər verir ki, aprelin 11-dək davam edəcək təlimdə NATO-nun 15 ölkəsindən 90 hərbi təyyarə iştirak edir. Uçuşların həyata keçirilməsi üçün NATO-nun Avropadakı 12 aviabazasından istifadə olunacaq. Əməliyyatlar Hollandiyadakı Leuvarden aviabazadan idarə ediləcək.

ABŞ Hərbi Hava qüvvələrinin (HHQ) Avropa Komandanlığı bildirib ki, “Ramstein Flag 2025” hərbi təlimləri birləşmiş döyüş, inteqrasiya edilmiş hava və raketdən müdafiə imkanlarını öyrətmək və nümayiş etdirmək məqsədi daşıyan çoxdomenli təlimdir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: NATO   təlimlər  





Xəbər lenti