Tramp DOGE-dən imtina edəcək?

   Tramp DOGE-dən imtina edəcək?
  01 Aprel 2025    Oxunub:775
ABŞ prezidenti Donald Tramp milyarder İlon Maskın rəhbəri olduğu Hökumətin Effektivliyi Departamentinin (DOGE) “müəyyən bir məqamda” işini dayandıracağını bildirib.
AzVision.az “CNN” telekanalına istinadən xəbər verir ki, Amerika liderinin sözlərinə görə, İlon Mask yalnız 130 gün ərzində xüsusi dövlət işçisi kimi onun üçün mövcuddur və bundan sonra o, öz şirkətinə qayıdacaq.

“Mən onu bacardığım qədər saxlayardım. O, çox istedadlı oğlandır. Bilirsiniz, mən çox ağıllı insanları sevirəm və o, çox ağıllıdır və işi yaxşı aparıb. İlon Maska böyük bir şirkəti idarə etmək lazımdır və o, nə vaxtsa geri qayıdacaq”, - Donald Tramp deyib.

Mask 13-cü övladının anasına 2,5 milyon dollar verib
Mask tutduğu vəzifədən getdikdən sonra DOGE-nin əməkdaşlarının fəaliyyətini davam edib-etməyəcəyi sualının cavabında Tramp bildirib ki, onun federal qurumlarının rəhbərləri “çox şey öyrəniblər” və bəziləri DOGE işçilərini saxlamaq istəyəcək.

- Bilirsiniz, nə vaxtsa bunun sona çatacağını düşünürəm. Elə bir məqam gələcək ki, nazirlər bu işi bacaracaqlar və bunu edəcəklər. Bizim dediyimiz kimi, bir növ neştərlə və biz də bunu istəyirik”, - Donald Tramp vurğulayıb.

Bundan əvvəl İlon Mask 13-cü övladının anası Eşli Sent Klerə 2,5 milyon dollar verdiyi və əlavə olaraq ona ildə 500 min dollar ödəyəcəyi barədə “X” sosial şəbəkəsində paylaşım edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   DOGE   imtina  





Xəbər lenti