Martda 4556 hektar ərazi minalardan təmizlənib

 Martda 4556 hektar ərazi minalardan təmizlənib
  01 Aprel 2025    Oxunub:755
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.
ANAMA-dan AzVision.az -a verilən məlumata görə, azad olunan ərazilərdə mart ayı ərzində 105 tank əleyhinə mina, 331 piyada əleyhinə mina, 9755 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Həmçinin 4556 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət həyata keçirib.

AzVision.az



Teqlər:





Xəbər lenti