Orban Avropanın taleyinə aydınlıq gətirib

Orban Avropanın taleyinə aydınlıq gətirib
  01 Aprel 2025    Oxunub:781
Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqı (Aİ) ölkələrinin hazırda “Darvinizm dövrü” yaşadığını bildirib. Ancaq bu, Avropa üçün təkamül yox, parçalanma deməkdir.
AzVision.az bildirir ki, Viktor Orban Aİ-nin Macarıstana təzyiqi artırmağı planlaşdırdığı barədə Böyük Britaniyanın “Financial Times” qəzetində dərc olunan materiala belə reaksiya verib.

Macarıstanın xüsusi siyasətinin bütün Avropa cəmiyyətinə mənfi təsir göstərdiyini iddia edən Brüssel bürokratiyası Budapeştə təzyiqi gücləndirmək niyyətindədir. Viktor Orbanın fikrincə, bunun ardınca “darvinizm - ya uyğunlaşmaq, ya da ölmək dövrü” gəlir.

“Onlar Aİ-ni dinc bir layihədən hərbi layihəyə çevirmək istəyirlər. Bu təkamül deyil, parçalanmadır. Bizi cəzalandırmaq istəsələr belə, müqavimət göstərməliyik”, - Macarıstanın baş naziri “X” sosial şəbəkəsindəki səfifəsində yazıb.

Qeyd edək ki, bundan əvvəl Almaniyanın yeni hökuməti Macarıstanın baş nazirinin qanunun aliliyini pozduğuna görə cəzalandırılmasını istəyib. İlkin məlumata görə, Berlin Aİ-dən Macarıstanı maliyyələşdirməyi dayandırmağı və səsvermə hüququndan məhrum etmək tələbini irəli sürmək niyyətindədir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Orban     parçalanma  





Xəbər lenti