Tramp may ayında Səudiyyə Ərəbistanına səfər edəcək

Tramp may ayında Səudiyyə Ərəbistanına səfər edəcək
  01 Aprel 2025    Oxunub:698
ABŞ prezidenti Donald Tramp may ayında Səudiyyə Ərəbistanına səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolayn Livitt brifinqdə bildirib.

"Prezident may ayında Səudiyyə Ərəbistanına səfər edəcək. Konkret tarixlərə və [səyahətin] təfərrüatlarına gəlincə, biz imkan daxilində onlar haqqında sizə məlumat verəcəyik", - deyə o qeyd edib.

K.Livittdən Trampın səfərinin Qəzzada və ya Ukraynada atəşkəs şərti olub-olmaması da soruşulub.

"Atəşkəsə gəlincə, prezident bunun Rusiya və Ukraynaya şamil olunmasını arzuladığını açıq şəkildə bildirdi. Onun komandası bu gün işini davam etdirir. Onun komandası hər gün bunun üzərində işini davam etdirir", - deyə o əlavə edib.

AzVision.az



Teqlər:





Xəbər lenti