Rasmussenlə Rubionun NATO-ya üzv ölkələrin Xarici İşlər nazirlərinin aprelin 3-də Brüsseldə başlayacaq iclası çərçivəsində danışıqlar aparmağı planlaşdırdıqları bildirilir.
“Lakin Kopenhagen və Vaşinqton arasındakı gərginliyə görə, görüş ləğv oluna bilər. Hazırda ABŞ və Danimarka arasında diplomatik əlaqələr minimuma endirilib”, - Danimarka hökumətindəki mənbə qəzetə açıqlamasında deyib.
![]() |
ABŞ Qrenlandiyanı Rusiyadan müdafiə edəcək |
Xatırladaq ki, martın 28-də ABŞ-nin vitse-prezidenti Cey Di Vens Qrenlandiyanın şimal-qərbində yerləşən Amerika hərbi bazasına gələrək Danimarkanın ada üçün pis müttəfiq olduğunu bir daha bəyan edib. O, həmçinin prezident Donald Trampın adanın ABŞ-nin milli təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb etdiyinə dair iddiasını təkrarlayıb.
Martın 29-da isə, Donald Trampın “Truth Social” sosial şəbəkəsində yayımladığı videoçarxda Amerikanın İkinci Dünya müharibəsi zamanı Qrenlandiyanı alman qoşunlarından müdafiə etdiyini xatırladan arxiv görüntülər diqqətə çatdırılır.
Sahil İsgəndərov
AzVision.az