DSX: Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib

   DSX:    Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib
  31 Mart 2025    Oxunub:777
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təminatı, qaçaqmalçılığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
AzVision.az DSX-nin mətbuat mərkəzinin məlumatına əsasən, martın 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İrandan PUA-dan istifadə etməklə narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Qoşun-əməliyyat tədbirləri nəticəsində kiçik həcmli uçuş vasitəsi zərərsizləşdirilib, 460 qram narkotik vasitə marixuana ərazidən götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: DSX   narkotik   PUA  





Xəbər lenti