İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə zərbələr endirib

İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə zərbələr endirib
  23 Fevral 2025    Oxunub:473
İsrail Müdafiə Qüvvələri Livanda yerləşən "Hizbullah" təşkilatının silah-sursat saxlanılan hərbi obyektinə və İsrail mülki əhalisinə birbaşa təhdid yaradan bir neçə raket qurğusuna hava zərbələri endirib.
AzVision.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətinin məlumat verib. "Hizbullah"ın bu cür fəaliyyəti İsrail və Livan arasındakı razılaşmaları pozur və İsrail dövləti və onun vətəndaşları üçün təhlükə yaradır.

İsrail ordusu, ölkənin təhlükəsizliyinə yönəlmiş hər hansı təhdidi aradan qaldırmaq üçün fəaliyyətlərini davam etdirəcəyini bəyan edib.

AzVision.az







Teqlər:





Xəbər lenti