Sabunçuda 4 nəfərin cəsədi tapılıb

Sabunçuda 4 nəfərin cəsədi tapılıb
  22 Fevral 2025    Oxunub:348
Bakının Sabunçu rayonunda 4 nəfərin meyiti tapılıb.
AzVision.az APA-ya istinadən istinadən xəbər verir ki, rayonun Bakıxanov qəsəbəsində iki qonşunun meyiti evlərində tapılıb. Araşdırma zamanı meyiti tapılanların ötən gecə başqa iki nəfərlə birlikdə yeyib-içdiyi müəyyənləşib. Dərhal digər iki nəfərin evinə gedən əməliyyatçılar həmin şəxslərin də öldüklərini aşkarlayıblar.

Hadisə ilə bağlı istintaq qrupu yaradılıb. Dörd nəfərin şəxsiyyəti və ölüm səbəbi hələlik məlum deyil, müvafiq ekspertizalar təyin olunub, araşdırma aparılır.

AzVision.az .


Teqlər: hadisə  





Xəbər lenti