ABŞ-da polis qaradərili velosipedçini güllələyərək öldürdü
Məlumata görə, polislər velosiped sürən qaradərilini qaydaları pozduğuna görə dayandırmağa çalışıb. Onların arasında dava başlayıb və bu zaman kişi polislərdən birini vurub. Bundan sonra şerifin köməkçisi qaradərili şəxsə atəş açıb. Ardıcıl bir neçə dəfə açılan atəşdən sonra həmin şəxs ölüb.
Hadisə zamanı polislər xəsarət almayıblar.
Qeyd edək ki, Los-Ancelesin cənubunda baş verən hadisə yerinə çox sayda etirazçı toplanıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: LosAnceles