Koronavirus qurbanlarının sayı 230 mini keçdi

  Koronavirus qurbanlarının sayı 230 mini keçdi
  01 May 2020    Oxunub:4300
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 3 milyon 273 min 852 nəfərə çatıb.
Azvision.az "Worldometers"-ə istinadən xəbər verir ki, virusdan ölənlərin sayı 231 min 458 nəfərdir. İndiyədək 1 milyon 31 min 782 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Xəstəlik   İnfeksiya  





Xəbər lenti