Türkiyədə koronavirusa yoluxanların sayı 120 mini keçib

   Türkiyədə koronavirusa yoluxanların sayı 120 mini keçib
  01 May 2020    Oxunub:3493
Türkiyədə son sutka ərzində 93 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bir gündə 2615 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 3174, yoluxanlar isə 120 min 204 nəfərə çatıb. İndiyədək 48 min 886 xəstə sağalıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti