İspaniyada koronavirusa yoluxanların sayı 213 mini ötdü

İspaniyada koronavirusa yoluxanların sayı 213 mini ötdü
  30 Aprel 2020    Oxunub:2572
İspaniyada son sutka ərzində koronavirusa 1309 yeni yoluxma faktı aşkarlanıb.
Azvision.az xəbər verir ki, bu barədə ispaniya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ölkədə virusa yoluxanların ümumi sayı 213 min 435 nəfərə çatıb. Koronavirus qurbanlarının sayı isə 268 nəfər artaraq 24 min 543-ə yüksəlib. İndiyədək 112 min 50 xəstə sağalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İspaniya   virus  





Xəbər lenti