Modriç karyerasını Amerikada davam etdirə bilər

Modriç karyerasını Amerikada davam etdirə bilər
  07 Yanvar 2020    Oxunub:2104
İspaniyanın “Real Madrid” klubunun yarımmüdafiəçisi Luka Modriç karyerasını Amerikada davam etdirə bilər.
Azvision.az xəbər verir ki, bu barədə “Athletic” nəşri məlumat yayıb. “Qızıl top” sahibinin klubla müqaviləsi bu yay başa çatır və ABŞ-ın “Di Si yunayted” klubu hücumçu Ueyn Runi getdikdən sonra futbol ulduzunu əldə etmək istəyir.

Qeyd olunub ki, artıq Amerika klubu xorvatllı futbolçunun nümayəndələri ilə əlaqə qurub. İddia olunur ki, Lukanın özü də yeni bir ölkəyə mümkün transferə müsbət baxır. Eyni zamanda, yarımmüdafiəçi yüksək maaş almaq istədiyini gizlətməyib.

Nəşrin bildirdiyinə görə, “Real Madrid” klubu bu mövsüm fiziki formasını nəzərə alaraq Modriç ilə müqaviləni uzatmaq istəyir.

Azvision.az


Teqlər: Modriç  





Xəbər lenti