“Fənərbağça” ili qələbə ilə başa vurdu

“Fənərbağça” ili qələbə ilə başa vurdu
  30 Dekabr 2019    Oxunub:3369
Türkiyə Super Liqasında XVII tura yekun vurulub.
Azvision.az xəbər verir ki, günün son matçında “Fənərbağça” klubu səfərdə “Rizəspor”un qonağı olub. Görüş İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“Fənərbağça”ya qələbə qazandıran qolları Dəniz Turuc və Jailson vurub. Meydan sahiblərinin heyətində Mohamed Aberhoun fərqlənib.

Qeyd edək ki, bu oyundan sonra xallarının sayını 31-ə çatdıran “Fənərbağça” turnir cədvəlində 4-cü pillədə qərarlaşıb, “Rizəspor” isə 20 xalla 12-ci yerdədir.

Azvision.az



Teqlər: “Fənərbağça”  





Xəbər lenti