Millimizin oyunlarının başlama vaxtı açıqlandı

Millimizin oyunlarının başlama vaxtı açıqlandı
  08 Dekabr 2019    Oxunub:2424
DÇ-2020-nin elit-raund mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan millisinin yer aldığı C qrupunun oyunlarının başlama vaxtı açıqlanıb.
Azvision.az -ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, bütün görüşlər Xorvatiyanın Osiek şəhərindəki “Qradsk vrt Arena”da keçiriləcək.

Millinin oyunlarının başlama saatı:

29 yanvar

20:00. Rusiya - Slovakiya
23:00. Xorvatiya – Azərbaycan

30 yanvar

20:00. Azərbaycan – Rusiya
23:00. Xorvatiya – Slovakiya

1 fevral

20:00. Slovakiya – Azərbaycan
23:00. Rusiya – Xorvatiya

Qeyd edək ki, qrup qalibləri final mərhələsinə yüksələcək. İkinci pilləni tutacaq komandalar pley-off oyunlarında üz-üzə gələcəklər.

Azvision.az


Teqlər: AFFA  





Xəbər lenti