“Qarabağ” ilin son oyununda xal itirdi - VİDEO

“Qarabağ” ilin son oyununda xal itirdi -  VİDEO
  07 Dekabr 2019    Oxunub:4339
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 14-cü tura start verilib.
Azvision.az xəbər verir ki, ilin son turunun açılış oyununda lider "Qarabağ" ikinci pillədə qərarlaşan "Keşlə"ni qəbul edib. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.



“Qarabağ”ın heyətində Dani Kintana və Mahir Emreli fərqləniblər. “Keşlə”nin qollarını isə Hacıağa Hacılı və Tural Bayramlı vurublar. Bu oyundan sonra Ağdam klubu xal ehtiyatını 31-ə, “Keşlə” isə 23-ə çatdırıb.

Qeyd edək ki, turun digər görüşləri dekabrın 8-də keçiriləcək.

Azvision.az



Teqlər: Qarabağ  





Xəbər lenti