Rayan Giqqzdən Bakıda qələbə şərhi

Rayan Giqqzdən Bakıda qələbə şərhi
  17 Noyabr 2019    Oxunub:2039
“Hesabı qənaətbəxş hesab etmək olar. Oyunda təzyiq var idi. Müəyyən məqamlar oldu ki, onları inkişaf etdirmək lazım idi. Künc zərbələri zamanı imkanlarımız oldu ki fərqi artıraq, ancaq yararlana bilmədik”.
Azvision.az xəbər verir ki, bunu Uels milli komandasının baş məşqçisi Rayan Giqqz "Avro-2020"nin seçmə mərhələsində Azərbaycan yığmasına 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Ümumi götürdükdə, nəticə məni qane etdi. Həm də nəzərə alaq ki, Azərbaycan doğma meydanda oynayırdı və onlar coğrafi baxımdan bizim üçün heç də rahat hesab edilən rəqib deyil” - deyə baş məşqçi bildirib.

Azvision.az



Teqlər: Uels   RayanGiqqz  





Xəbər lenti