Özbəkistanda nazir müavini yol qəzasında öldü

  Özbəkistanda nazir müavini yol qəzasında öldü
  30 Dekabr 2018    Oxunub:4874
Özbəkistanın Qaraqalpaqstan Respublikasının Xujayliy rayonunda avtomobil qəzası nəticəsində dörd nəfər həyatını itirib.
Azvision.az AzərTAc-a istinadən xəbər verir ki, “Neksi-3” minik maşınının sürücüsü idarəetməni itirib və maşın yolun kənarındakı beton səddə çırpılaraq yanıb.

Ölənlər arasında Qaraqalpaqstanın mənzil-kommunal nazirinin müavini də var. Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılır.

Azvision.az



Teqlər: Özbəkistan   Qəza  





Xəbər lenti