Bakıda yeni yağış-kanalizasiya xətləri çəkilir - FOTO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılan kompleks tədbirlərin davamı olaraq Qaradağ, Abşeron, Yasamal, Nərimanov, Səbail, Nizami və Binəqədi rayonları ərazisində yerləşən küçə və prospektllərdə müxtəlif diametrlərə malik yeni yağış-kanalizasiya xəttinin çəkilməsi və xətt üzərinə yeni su qəbuledici barmaqlığın quraşdırılması da nəzərdə tutulub. Ümumilikdə isə son 3 il ərzində yağıntılar zamanı yolun hərəkət hissəsinə yığılıb qalan yağış sularının kənarlaşdırılması üçün aparılan kompleks tədbirlər zamanı Bakı şəhərinin küçə və prospektlərinin zəruri olan hissələrində 10 km-ə yaxın yeni yağış-kanalizasiya xətləri çəkilib, əlavə yağış barmaqlıqları quraşdırılıb.
Azvision.az
Teqlər: AADYA Kanalizasiya