Uşaqlara siqaret təklif edənlər cərimələnəcək - 100 manat

Uşaqlara siqaret təklif edənlər cərimələnəcək - 100 manat
  24 Sentyabr 2018    Oxunub:2009
Azərbaycanda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarından istifadəyə təklif və ya tələb etməklə onların tütündən istifadə prosesinə cəlb edənlər cərimənələcək.
AzVision.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik təklif edilir.

Məcəllənin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinə 3-cü bənd əlavə edilir.

Yeni əlavəyə əsasən, yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatlarından istifadəyə təklif və ya tələb etməklə onların tütündən istifadə prosesinə cəlb edilməsinə görə 100 manat məbləğində cərimə ediləcək.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Siqaret   Cərimə  





Xəbər lenti